Boşçalılar kəndinə təbii qaz verilib
Bu gün İmişli rayonunun Boşçalılar kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Vətəninfo.az xbər verir ki, tədbirdə
rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin
təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş
sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev
dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb.
Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd
yolları da abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir.