Rusiya Federasiyasının Çelyabinsk şəhərində Dünya Taekvondo Federasiyasının (DTF) 26-cı Baş Assambleyası keçirilib.
Assambleyada çıxış edən DTF-nin prezidenti Çunqvon Ço qarşıdan gələn dünya çempionatının Çelyabinsk şəhərində təşkil olunmasına görə Rusiya Taekvondo İttifaqının prezidenti Anatoli Terexova minnətdarlığını çatdırıb.
Assambleyada, həmçinin gündəlikdə olan məsələlər müzakirə olunub. Tədbirin ən önəmli hadisələrindən biri isə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın Dünya Taekvondo Federasiyasının (WTF) və Beynəlxalq Taekvondo Federasiyasının (ITF) yeni yaranmış əməkdaşlığına dair video görüntülü təbrikinin təqdimatı olub. Çunqvon Ço DTF-nin yeni təyin olunmuş baş katib Hos Rafateni taekvondo ictimaiyyətinə təqdim edib.
Sonda isə növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı elan olunub. 2017-ci ildə təşkil olunacaq dünya çempionatı Koreya Respublikasının Muçu şəhərində keçiriləcək.
Tədbirdə ölkəmizi ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev təmsil edib.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR