"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var


Abşeron rayon sakinindən hədə-qorxu ilə pul tələb edilib.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2000 manatı alarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az