Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar
500 desant göndərib Paşinyanı devirmək lazımdır - HƏDƏ
Rusiyalı təbliğatçı Sergey Mardan Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı qalmaqallı açıqlama verib.
Modern.az xəbər verir ki, o, "Solovyov Live” efirində çıxışı zamanı Kremlin İrəvana "500 desantçı göndərərək” Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti devirməli olduğunu bildirib.
Mardan Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətləri də tənqid edib və bunu zəif addım kimi qiymətləndirib.
"Dünənki açıqlama – "biz erməni güllərini almayacağıq” – olduqca aciz görünürdü. Bunun əvəzinə 500 desantçı göndərib İrəvanda hakimiyyəti dəyişmək lazımdır”, – o deyib.
Məlumata görə, Ermənistanda iyunun 7-də keçiriləcək seçkilər öncəsi aparılan son sorğular Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi” partiyasının qərar vermiş seçicilər arasında təxminən 65 faiz dəstəyə malik olduğunu göstərir. Bu nəticə partiyanın parlamentdə ciddi üstünlük qazana biləcəyinə işarə edir.