25 ölkənin gənc liderlərinin qatıldığı könüllülüyə dair onlayn forum

25 ölkənin  gənc liderlərinin  qatıldığı  könüllülüyə dair onlayn forum

25 ölkənin  gənc liderlərinin də qatıldığı  könüllülüyə dair onlayn Beynəlxalq Gənclər Forumu Bakıdan idarə olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan beynəlxalq layihə çərçivəsində 25 ölkənin 90 nəfər gənc liderlərinin, gənclər təşkilatları rəhbərləri və ekspertlərin iştirakı ilə onlayn Gənclər Forumunun plenar açılışı keçirilib.

"Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” Beynəlxalq Gənclər Forumu adlanan tədbiri açan ADTGT sədri Asif Əsgərli ümumbəşəri dəyər olan könüllülüyün Azərbaycanda gənclərin bir həyat tərzinə çevrildiyini və ölkəmizin bu fəaliyyətə dair modelinin olduğunu qeyd edərək, prezident İlham Əliyev tərəfindən 2020-ci ilin ölkəmizdı "Könüllülər İli” elan olunduğunu xüsusi vurğulayıb.

Beynəlxalq Gənclər Forumunun açılışında AR Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Müşfiq Cəfərov, AR Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış edərək, Foruma və onun gələcək fəaliyyətinə uğurlar arzulayıblar və əcnəbi gənclərlə ölkə gənclərinin könüllük sahəsində bu tədbirin böyük imkanlar və əməkdaşlıq yaradacağını bildiriblər. Azərbaycanda gənclərin çoxşaxəli könüllülük fəaliyyətini yüksək qiymətləndirən rəsmilər və natiqlər bu sahədə əldə edilən nailiyyətlərin davamlı olduğunu Forum iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra əcnəbi gənclərdən Macarıstan, İspaniya, İtaliya, Polşa, Finlandiya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Qazaxıstan, Rumıniya, BƏƏ, Belarus, Serbiya və Bosniya və Hersoqovinanı təmsil edən gənclər təşkilatları rəhbərləri çıxış edərək, gənclərin könüllülük fəaliyyətlərinin əhatə dairəsinin getdikcə genişləndiyini, bu xidmətin imkanlarının artırılmasında müxtəlif ölkə gənclərinin birgə səylərinin əhəmiyyətini bildiriblər.

Maraqlı keçən Beynəlxalq Gənclər Forumu 1 ay müddətində öz işini könüllülüyə dair 5 aktual mövzulu panel müzakirələrində davam etdirəcək və yekunda gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması ilə yekunlaşacaqdır.

Xatırladaq ki, ölkə prezidenti tərəfindən 2020-ci il Azərbaycanda "Könüllülər İli” elan olunub və müxtəlif hökumət və QHT-lər tərəfindən ölkəmizdə geniş milli, regional və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az