

Hollivudun ən xarizmatik və zəngin subayı aktyor Leonardo Di Kaprio bu günə kimi bir çox cazibədar gözəllə eşq yaşayıb. Jizel Bündhen, Bar Rafaeli, Erin Hiterton və Toni Qarrn kimi modellərlə sevgi romanı yaşayan Leonun təəssüf ki, bu münasibətlərindən heç biri evliliklə nəticələnməyib. Bu ilin yanvar ayından bəri onun pop ulduz Rihanna ilə birlikdə olduğu iddia edilsə də, bu dedi-qodular təsdiqini tapmadı.
Adı şorgöz ulduzlar arasında çəkilən Leonun indi də 24 yaşlı amerikalı model və aktrisa Kelli Rorbah ilə sevgili olduğu deyilir. Xarici mətbuatda yer alan xəbərlərə görə, Leo ilə Kelli bu yaxınlarda Los-Ancelesdəki gecə klublarından birində - “1OAK”da görüşüb. Cütlük dostları ilə birlikdə Hemptonsa istirahətə yollanıb. Ulduz orada gecəsi 5000 min dollara olan məkan icarəyə götürüb.Həmin axşamı birlikdə keçirən cütlük çox keçmədən, Nyu-Yorkda baş tutan “CFDA” mükafatlarının ziyafət mərasimində yenidən bir araya gəlib. Onlar hər kəsin gözü önündə xoş münasibətdə olduqlarını gizlətməyiblər.
Leonardonun bu dəfəki eşq macərasının əvvəlkilər kimi keçici bir həvəs olub-olmadığını zaman göstərəcək.//publika.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL