Vətəninfo.az xəbər verir ki, Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib. Mərhumun həyat yoldaşı Elşən Əzizovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, iyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşdiyindən, yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb. Meyit müayinə olunmaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR