ABŞ-dan Kiyev və Bakıya “yaşıl işıq”: “Ciddi şəkildə araşdırılır”

ABŞ-dan Kiyev və Bakıya “yaşıl işıq”: “Ciddi şəkildə araşdırılır”

ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın Ukraynaya hərbi yardım məsələsini fəal şəkildə araşdırdığını bildirib.

Miq.Az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Əlbəttə ki, hər hansı bir müraciəti nəzərdən keçirəcəyik. Artıq hazırda göstərilənlərə əlavə olaraq hansı əlavə yardımların faydalı olacağını araşdırırıq. Bu, çox fəal şəkildə araşdırılır”, - Blinken qeyd edib.

Bundan əvvəl ABŞ Senatının Ukraynaya hərbi yardımın artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi bildirilib. Müvafiq qərara əsasən, Ukraynaya hərbi yardım 300 dollaradək artırılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib. Bayden Konqresə hökumətin "Azadlığı Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınmasını uzatdığını bildirib. "The Hill” nəşri Bayden administrasiyasının bununla Azərbaycana silah satışına "yaşıl işıq” yandırdığını yazıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az