ABŞ Türkiyəni müharibəyə hazırlayır - “Ağıllı bomba”lar
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyəyə 638 milyon dollarlıq "ağıllı bomba” satışına razılıq verib.
Publika.az "Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Defence News”ə danışan türkiyəli hərbi səlahiyyətli deyib.
"Razılaşma asimmetrik döyüşə girdiyimiz və "ağıllı bomba”lara ehtiyac duyduğumuz bir vaxtda gəldi”, - hərbi səlahiyyətli bildirib.
Razılaşma çərçivəsində Türkiyəyə satılacaq BLU-109 bombalarının sayı açıqlanmır. 250 kiloqramlıq və yüksək dağıdıcı gücə malik bombalar arxasındakı pərvanənin köməyi ilə hədəfə çatana kimi partlamır.
Miq.az