Milli Məclisin deputatı Adil Əliyev Əəkrəm Hümmətovun son hərəkətlərindən yazıb.
O, öz Facebook səhifəsində qeyd edib ki, satqınların vətəni olmur: “Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə Prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi.
Üstəlik, talış insanı tərəfindən qəbuledilməz şəxsdir. Onun nə indi, nə də gələcəkdə də cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağına qulluq edir.
Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Birinci Avropa Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatçılığına səbəb olur. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar. Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyimizə dəyməz.
Amma təəssüf edirəm ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyinə xəyanət edirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR