Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə sorğular keçirir.
ADİİM sədri Cavid Şahverdiyev bildirib ki, deputatlığa namizədlərin oktyabrın 9-da başladığı təbliğat günündən oktyabrın 11-dək sorğu keçirilən ilk dairə – 20 saylı Nərimanov II Seçki Dairəsi olub. "Sorğuda yaş məhdudiyyəti yoxdur, yalnız seçici hüququ olan vətəndaşlarımız iştirak edir. Təşkilatımızın əməkdaşları seçicilərlə şifahi sorğu keçirirlər, onlara verilən anketlərdə isə qeydlər aparılır”, - deyə C. Şahverdiyev qeyd edib.QHT sədrinin sözlərinə görə, sorğu keçirilən ilk dairədə respondentlərin 85 faizi bu seçkilərdə də indiki deputat Əliyev Adil Abış oğluna səs verəcəklərini bildiriblər: "Sorğunun nəticələrinə görə, sonrakı yerlərdə Əkbərova Svetlana Cümar qızı, Dilbazi Yeganə Zirəddin qızı və Qurbanova Aygün Fuad qızı gəlir.
Adil Əliyevin daha çox səs qazanmasına səbəb isə seçicilərinin hüquqlarının qorunmasında onlara yaxından dəstək göstərməsi, problemlərini həll etməsi və xeyriyyəçilik missiyasıdır".(Apa)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL