Vətəninfo.az-a daxil olan məlumatda iddia edilir ki, bu gün Pirşağı qəsəbəsində parlament seçkiləri ilə əlaqədar qanun pozuntusu başverib.
Məlumata görə, 27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd Dilarə Cəbrayılova ilə bağlı icra başçısının göstərişi iləYAP-ın qərargahında seçicilərin görüşü olub. Rayon rəhbərinin göstərişi ilə bütün idarə,təşkilat nümayəndələri,məktəblilər görüşə məcbur aparılıblar.
Məlumatda o da qeyd edilir ki, səsvermə yaşına çatmamış məktəblilərin seçki təbliğatına cəlb edilməsi özü qanunsuzluqdur.
Deputatlığa namizəd Dilarə Cəbrayılovanın bu addımı ilə bağlı DSK-na müraciət olunub,sədr bu görüşdən xəbərsiz olduğunu bildirib.
DSK-nın qərarına əsasən 27-ci dairənin namizədləri ancaq Sabunçuda qapalı,Balaxanıda açıq görüş keçirə bilərlər.Məlumatda deyilir ki. Sabunçu İcra Hakimiyyəti başşısının qeyri-rəsmi tapşırığı ilə digər namizədlər belə görüşlərdən məhrum edilib.
Məlumata görə, MSK-sı belə bir qeyri-qanuni seçki təbliğatından xəbər tutarsa, o zaman Dilarə Məmmədağa qızının namizədliyi ləğv olunacaq.
Məluamta görə, digər namizədlər Dilarə Cəbrayılova üçün yaradılan belə şəraitdən bərk narahat olub.Çünki D.Cəbrayılova üçün hər gün ərazidəki qəsəbələrdə icazəsiz görüşlər planı hazırlanıb, İH başçısının dəstəkllədiyi namizədin seçiləcəyi artıq hamıya məlumdur.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL