Vətəninfo.az xəbər verir ki, daha bir millət vəkili, Aydın Abbasov 1 noyabr parlamet seçkilərində iştirak etməyəcəyi ilə bağlı rəsmi bəyanat yayımlayıb.
Aydın Abbasov bəyanatını facebook sosial şəbəkəsindəki səhifəsindən yayıb bə bunları bildirib:
Əziz dostlarım,
Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çox saylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib, suallara son qoymaq istəyirəm.
10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil.
Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçriiləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm!
Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəz olunmazdır.
Bəli, bu gün açıq şəkildə Azərbaycana qarşı ədalətsiz, ikili standartlar siyasəti yürüdülür. Dövlətim, millətim naminə bu siyasətə qarşı mübarizə aparacağam. Vətənə, dövlətə hörmət etmək hər birimizin borcudur.
Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanımızın daha da inkişaf edəcəyinə və xalqımızın rifah içində yaşayacağına əminəm.
Allah Azərbaycanımızı qorusun!!!!!
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL