Vətəninfo.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Rasim Cəfərovun rol aldığı “Torn” qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaqdır. Festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.
Iki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur...
Film Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. May ayının 14-dən-25-dək davam edəcək festivalda iştirak etmək üçün aktyorumuz bu günlərdə Fransaya yola düşəcəkdir.
Məlumat üçün bildirək ki, “Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır. 1968-ci ildəki çıxışlardan sonra yaranaraq bütün dünyanın müstəqil müəllifləri üçün platforma rolunu oynayır. Bir zamanlar burada Verner Hersoqun, Fassbinderin, Hanekenin, Cim Carmuşun, Skorsezenin, Koppolanın və başqa indi məşhur olan o zamankı gənc rejissorların debüt işləri təqdim olunmuşdur.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR