"Ağlını başına yığ"-Qarailandan Bərzaniyə

Bu iki hadisə ilə bağlı şəxsən özüm maraqlandım və araşdırdıq. Bu hadisələrlə bir əlaqəmiz yoxdur. Təkcə qüvvələrimizin deyil, həmvətənlərimizin də bir əlaqəsi yoxdur.
 
Miq.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri PKK rəhbərlərindən Murad Qarailan Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaniyə müraciətində bildirib.
 
Kərkük-Ceyhan neft kəmərinə edilən hücumla bağlı danışan Qarailan PKK-nın Şimali İraq Kürd Regional Rəhbərliyinə qarşı heç bir hücum etmədiyini iddia edib.
 
Qarailan Bərzaniyə və kürdlərə müraciətində "Hər kəs ağlını başına yığsın" deyib.
 
Qeyd edək ki, Kürd Regional Rəhbərliyi neft kəmərinə edilən hücumla bağlı PKK-nı sərt şəkildə tənqid etmiş və 100 milyon dollar zərərə uğradıqlarını açıqlamışdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az