«Çalışacağam ki, ilin axırına kimi 8 partiyanın görüşü baş tutsun. Bilirsiniz ki, bir dəfə mənim təşkilatçılığımla 5 partiyanın iştirakı ilə görüş keçirmişik.. Bu o deməkdir ki, Milli İstiqlal Partiyası və mən Yusif Bağırzadə belə görüşlərin tərəfdarıyıq». Bunu «Vətəninfo.az» saytına açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib: «Ona görə də üzərimizə öhdəliklər götürürük ki, bu tədbirlər baş tutsun. Məqsədimiz odur ki, Azərbaycanda ağır siyasi yük daşıyan güc mərkəzləri bir araya gələ bilsinlər. Söhbət ondan getmir ki, hansısa qərar qəbul olunsun və ya format müəyyənləşsin. Bir araya gəlməkdən söhbət gedir və biz, hələ ki bunu istəyirik. İstəyirəm, nəinki prezident seçkilərinə ümumiyyətlə müxalifət parlament seçkilərinə də vahid siyahı ilə getsin. Bu gün Azərbaycan cəmiyyəti parçalanmış vəziyyətdə olan müxalifəti bir arada görmək istəyir. Aramızda solçular yoxdur, daha doğrusu onlar gündəmdə deyil. Ona görə də, bizim partiyaların nizamnamələri bir birinə çox oxşardır. Bu səbəbdən bir olmağımız üçün heç bir problem yoxdur. İstəsək də istəməsək də 150 illə yaxın bir dövlətin tərkibində olmuşuq. Hətta yaxın qonşumuz Rusiyada solçular sağçılarla bir araya gələ bilirlər. Bəs bizdə nə problem var? Vaxt getdikcə azalır. Heç olmasa liberal düşüncələrə malik olan sağçı partiyaların vahid platformasını müzakirə edək».
Firudin
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR