Azərbaycan vətəndaşları qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

Azərbaycan vətəndaşları qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.

"Report” xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.
Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.
Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az