“Anderlext”in futbolçusu teraktlara görə komandadan gedəcək

“Anderlext”in futbolçusu teraktlara görə komandadan gedəcək

"Brüsseldə vəziyyət çox gərgindir”.

Argentinalı hücumçu Matias Suares Brüsseldəki teraktlardan sonra Belçika futbol klubu "Anderlext”dən getmək istədiyini bildirib.

 Lenta.ru-ya istinadən verilən  xəbərə görə, bu barədə AS yazıb.

"Radioda hücumlar barədə xəbər veriləndə, mən məşqə gedirdim. Bundan sonra mən qızımın vəziyyətini öyrənmək üçün, ona zəng etməyə çalışdım”, - deyə M.Suares bidirib.

Futbolçunun sözlərinə görə, o, Belçikanı və yerli əhalini sevir, lakin "həyat yoldaşı və agenti ilə söhbətdən sonra, ailəsinin təhlükəsizliyi naminə iyunda klubu tərk etməyə qərar verib”. 

O, həmçinin qeyd edib ki, Brüsseldə vəziyyət çox gərgindir. Onun sözlərinə görə, əhalinin əksəriyyəti bu hadisənin əvvəl-axır baş verəcəyini güman edirdi.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az