Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır.
Gün.Az xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Kansler qeyd edib ki, Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir.
“Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik.
Azərbaycan bir tərəfdaş kimi Almaniya və Avropanın enerji təchizatında böyük rol oynayır”.
Angela Merkel vurğulayıb ki, iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi üçün bizim potensialımız vardır.
“Azərbaycanla 2,5 milyard avro həcmində ticarət mübadiləsi mövcuddur. Amma düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz əməkdaşlıq edə bilərik. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar müəyyən töhfəmizi verə bilərik.
Həmçinin alman şirkətləri təbii ki, hüquqi təhlükəsizliyi gözləyirlər. Cənab Prezident Əliyev, eyni zamanda, burada alman iqtisadiyyatının nümayəndələri ilə görüşmüş, bu haqda da söhbət aparmışdır. Mən düşünürəm ki, Azərbaycanda növbəti investisiyaların yatırılması üçün şans və potensial mövcuddur”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR