“Əli Kərimlinin mənim getdiyim yerə qədər getdiyini görməmişəm”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da qəzəbli bəyanatla çıxış edib. Musavat.com-un məlumatına görə, onu hiddətləndirən sosial şəbəkədəki “Xilas” qrupunda şərhlərdən biridir.
Bir istifadəçi müxalifət düşərgəsinin aparıcı simalarını satqınlıqda ifadə edib. Arif Hacılının statusunda deyilir: “Bİr sıra tnınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verililib. Əvvəla, əgər İsa Qəmbəri, Arif Hacılını, Mirmahmud bəyi, başqalarını “satqın” adlandırırsınızsa, birlikdən danışmaq nədir? İkincisi Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib.
H.Əliyev 1 saylı fərmanı ilə məni Dövlət Müşaviri vəzifəsindən azad edib. Dərhal da parlamentdən kənarlaşdırıb. Bu rejim 20 ildir hər dəfə seçilsəm də, məni parlamentə buraxmır. Tanınmış siyasətçilərdən yeganə adamam ki,bu rejim tərəfindən iki dəfə uzun müddətə, dəfələrlə isə qisa müddətə həbs olunmuşam.Qardaşlarım da həmçinin.
Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə Əli Kərimlinin heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm.Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur. Bu müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəvi düşmənçilik münasibətidir”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?