Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyasının bu gün Azərbaycana ilk səfəri başlayıb.
Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, ispaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərlik AŞPA nümayəndə heyəti seçkiqabağı durumu öyrənmək üçün 2 gün Azərbaycanda olacaq. Səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə də görüş planlaşdırılır.
Nümayəndə heyəti seçki öncəsi səfərlə bağlı yazılı bəyanat hazırlayacaq.
Nümayəndə heyətinin tərkibinə həmçinin Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL