“Biz hər zaman ulu öndər Heydər Əliyevin əsgəri olmağımızla fəxr etmişik. Şərur rayonunda ailəmizi hələ 70-ci illərdə Əliyevçilər kimi tanıyıblar”.
Adil Əliyev Heydər Əliyevdən yazdı:”Tale elə gətirdi ki…”
Bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, atası həmişə Heydər Əliyevin gördüyü işlərdən, onun neçə böyük şəxsiyyət olmasından danışırmış: “Atam həmişə onun necə böyük şəxsiyyət olduğunu bizə bəhs edirdi. Yadımdadır, ulu öndərin Moskvada yüksək vəzifəyə təyin olunması ailəmizdə çox böyük sevincə səbəb olmuşdu. Tale elə gətirdi ki, sonradan dörd qardaş ulu öndərin sadiq əsgəri olduq. Dövlətçiliyimizin güclənməsində bütün varlığımızla çalışdıq. Böyük qardaşım, general-leytenant Məhərrəm Əliyev Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi olarkən ulu öndərlə çiyin-çiyin çalışması isə bizim ailəmiz üçün böyük və şərəfli tarix oldu. Ailəmiz üçün bundan gözəl xoşbəxtçilik ola bilməz”.
Millət vəkili əlavə edib ki, bu gün də həmin xətt davam edir: “Bu gün eyni yol davam edir. Şübhəsiz ki, Heydər Əliyev şəxsiyyəti və fenomeni gənc nəsillər üçün də örnək olacaq. Ulu öndərin qoyduğu yol cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Güclü və qüdrətli Azərbaycan uğrunda hamımız bir yumruq kimi birləşməliyik.
Allahdan böyük şəxsiyyətə rəhmət diləyirik!”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR