Vətəninfo.az İnterpress.az-a istinadən xəbər verir ki, İngiltərənin “Daily Express” qəzeti bununla bağlı “özəl” başlığı ilə xəbər yayıb. Qəzetin iddiasına görə, Türkiyə Avro-2016-nı 1 səs fərqi ilə uduzduğundan, 2020-ci il çempionatının keçirilməsinin bu ölkəyə tapşırılması barədə qərar verilib. UEFA-nın formatı dəyişərək çempionatın 13 fərqli şəhərdə keçirilməsi ilə bağlı qərarını xatırladan qəzet yarımfinal və final oyunları paketinin Türkiyəyə veriləcəyini iddia edib.
“Daily Express”in məlumatında bildirilir ki, 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu Rusiyaya uduzan İngiltərə, bu dəfə Avro-2020-ni Türkiyəyə uduzacaq: “Bu ölkədə son zamanlar satılmış oyun qalmaqallarına baxmayaraq, UEFA Türkiyəni seçmiş kimi görünür”.
İngiltərə Futbol Federasiyasının adı açıqlanmayan nümayəndəsi də Türkiyənin Avro-2020-yə ev sahibliyini əldə etməyə yaxın olduğunu təsdiq edib: “Biz qrup matçlarına ev sahibliyi edə bilərik. Hansı paketi alsaq da, biz xoşbəxt olacağıq”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR