Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerini gələn həftə İran və Səudiyyə Ərəbistanına səfər edəcək.
Məqsəd İranla 6 dünya ölkəsi arasında əldə edilmiş yekun nüvə sazişini müzakirə etməkdir.
Federika Moqerininin ofisindən verilən məlumata görə, o iyulun 27-də Səudiyyə Ərəbistanına, 28-də isə İrana gedəcək.
Avropa rəsmisi Səudiyyə rəsmiləri ilə regional problemləri, Tehranda isə İranla nüvə sazişinin yerinə yetirilməsini müzakirə edəcək.
İyulun 14-də əldə edilmiş bu razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.
İranla bu saziş bir sıra Yaxın Şərq ölkələrində narahatlıqla qarşılanır.
Səudiyyə Ərəbistanı kimi ölkələr hesab edir ki, sanksiyaların qaldırılması İranın regionda nüfuzunu artıra və sabitsizliyə səbəb ola bilər.
Qərb və bir sıra ərəb ölkələri İranı Suriya, Yəmən və İraqdakı proseslərə müdaxilədə günahlandırır.
Tehran ittihamı rədd edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL