"Afinanın təklifləri hələlik təqdim olunmayıb. Biz onları yaxın saatlarda, ən geci, sabah səhərə gözləyirik”, deyə Finlandiyanın maliyyə naziri Aleksandr Stubb bildirib.
Avroqrupun toplantısından əvvəl görüşün əsas məqsədinin Afinanın yeni təklifləri ilə tanışlıq olacağı bildirilirdi.
Qeyd edək ki, Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gələn Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, Yunanıstana yardımın göstərilməsinə dair danışıqların bərpa olunması üçün hələlik heç bir əsas yoxdur. Merkel bildirib ki, islahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək: "Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan irəliləməyə çalışdığımız yol artıq mümkünsüz olacaq”.
Fransa prezidenti Fransua Olland da, öz növbəsində, Yunanıstan islahatları ilə bağlı hələlik dəqiq proqramın olmadığını bildirib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL