Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq.
Bu məsələ Milli Məclisdə iclasın gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs indiyə qədər təqdim etdiyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur.
Dəyişiklik iclasda müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA