Bu gün Azərbaycan cəmiyyətində müxalifətə inam yoxdur əksinə nifrət var”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov AXCP sədri Əli Kərimlinin aprelin 5-nə planlaşdırdığı 100 minlik yalanına münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Azərbaycan demokratik bir cəmiyyətdir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini demokratik prinsiplər təşkil edir. Azərbaycanda sözün həqiqi mənasında konstruktiv düşüncə tərzinə malik, dövlətçiliyi əsas tutan 100 minlik müxalifət olardısa təbii ki biz buna sevinərdik. Ancaq indiki bu dağıdıcı, qaragur müxalifət heç 500 nəfəri bir yerə toplamaq iqtidarında deyil. Bu insanlar illərlə yalandan hay-küy salmağla məşğuldurlar. Qoy onlar yığışıb öz saylarını ortaya qoysunlar.
Bu gün Azərbaycan cəmiyyətində müxalifətə inam yoxdur əksinə nifrət var. Cənab Prezidentin siyasətini Azərbaycan vətəndaşları ürəkdən dəstəkləyərək ölkəmizin daha qüdrətli olmasını, inkişaf etməsini istəyir. Heç şübhəsiz ki, biz buna da nail olmuşuq”.
A.Hüseynov əlavə edib ki, Azərbaycan cəmiyyəti və vətəndaşları Prezidentin siyasətini dəstəkləyir, ona inanır və bu inamdan da çox böyük bəhrələnir: “Müxalifətin bu qədər o qədər adam yığması ilə bağlı boş-boş danışmalarının isə heç bir əsası yoxdur”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR