Geniş tamaşaçı və dinləyici kütləsini özünə “İntizar” mahnısı ilə sevdirən ustad sənətkar Azad Zamanov sabah saat 10:00-da 104 FM-in “Düşüncələr” verilişinin qonağı olacaq.
“Vətəninfo”.az-a açıqlama verən sənətkar qeyd edib ki, efirdə yeni mahnıları ilə yanaşı, retro mahnılarini da səsləndirəcək, gələcək planlarını bölüşəcək.
Qeyd edək ki, sənətkar ad günü münasibətilə Azad Ağarəzi oğlunun qonağı olacaq.
20 ilə yaxın televiziya ekranlarında görünməsə də, son bir ildə onu sevən sənət fədailərinin təkidi ilə televiziya ekranlarında görünərək sənətinə qayıdış edən Azad Zamanov artıq zaman-zaman onu sevənlərin görüşünə gələcəyini vəd edir.
“Mən uzun illər sənətimlə bərabər bir məmur kimi də dövlətimizə, dövlətçiliyimizə vicdanla xidmət etmişəm. Xidməti işimlə, doğmalarımın ardıcıl dünyasını dəyişməsi ilə əlaqədar olaraq televiziya ekranlarında görünmədim. Düzdür, məni sevən tamaşaçılar üçün çox darıxırdım. Son bir ildə yenidən televiziya ekranlarına qayıdaraq tamaşaçılarımla görüşdüm. Hal-hazırda yeni mahnılar üzərində işləyirəm. Sözləri Baba Vəziroğluna, musiqisi Kamal müəllimə məxsus “Nigaranam” mahnısına və dini bir mahnıya klip çəkilişlərinə start vermişəm. Doğum günümü daha geniş formada sentyabr ayında FHN-in tabeliyindəki hərbi hissələrin birində sənət dostlarımla bərabər qeyd edəcəyəm”, - sənətkar açıqlamasında deyib.
“Vətəninfo”.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL