Oktyabrın 8-də və 9-da Fransanın Aşağı Normandiya regionunun Orn departamentinin Sees və Banyol şəhərlərində "Azərbaycan musiqi gecəsi” adlı konsert proqramı təşkil edilib.
Ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının, Azərbaycan Evinin, Sees və Banyol şəhərləri meriyalarının dəstəyi ilə təşkil edilən konsert proqramının məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini Fransada təbliğ etmək olub.
Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Ayaz Qocayev Azərbaycan-Fransa münasibətləri, ölkəmizin qədim və zəngin mədəniyyəti, incəsənəti, musiqisi, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün reallaşdırdığı layihələr haqqında məlumat verib. O, həmçinin Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən və onun ölkəmizin mədəniyyətinin tanıdılması istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib.
Konsert proqramı Azərbaycanın gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifası ilə başlayıb. O, Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
Sonra Bakı Xoreoqrafiya Məktəbinin "Bakı ulduzları” rəqs ansamblı Azərbaycan milli rəqslərini ifa edib. Konsert zamanı tamaşaçılara milli rəqslərimiz barədə geniş məlumat verilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL