"Ermənistan son müharibədə təslim olduqdan sonra Sünik mərzindəki Qafanın Nor Araçadzor qəsəbəsi yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin dayaq məntəqələri yerləşdirilib”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin Panorama.am nəşri yazır.
"Həmin ərazidə David-Bek su anbarı və ya yerli sakinlərin dediyi kimi "Engels gölü” də var. Ötən ilin yaz-yay mövsümündə bu göl yaxınlığında çox sayda istirahət edənlər olurdu. Ancaq indi insanlar asudə vaxtlarını burada keçirməkdən qorxurlar, çünki düşmən çox yaxındadır.
David-Bek su anbarının direktoru Engels Tumanyan Zangezur.TV-yə verdiyi müsahibədə gölün ətrafının əvvəllər şənlik olduğunu, insanların qorxmadan buraya gəldiklərini söyləyib. "Amma indi türklər yaxında yerləşdikləri üçün insanlar buraya gəlmək qorxurlar”-deyə direktor bildirib”- erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.