Azərbaycan aqrarları üçün əvvəlki kimi ənənəvi satış bazarı bu gün də postsovet məkanı ölkələri və hamıdan öncə Rusiya olaraq qalır.
Vətəninfo.az Oxu-az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın müvafiq dövlət strukturları ilə əməkdaşlıq yaradılıb.
“Əsasən təzə və emal edilmiş meyvə-tərəvəz, üzüm şərabları ilə bərabər, rusiyalı istehlakçılara eləcə də heyvandarlıq məhsullarının geniş çeşidləri təqdim ediləcək.
İlk növbədə quş əti və toyuq yumurtalarının tədarükünün genişləndirilməsi nəzərdə tutulub”, - H.Əsədov deyib.
Nazir qeyd edib ki, Rusiya bazarına aqrar çatdırılmalarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlayır, bununla da uzunmüddətli müqavilələr əsasında miqyaslı ixrac çatdırılmaları təmin etmək niyyətindədir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL