Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, yeniyetmə taekvondoçular arasında Belçika açıq birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi Lommel şəhərində təşkil edilən ənənəvi yarışda 13 medal qazanıb.
Belə ki, Səbuhi Zülfüqarovun başçılıq etdiyi komandada Orxan Tağızadə (+65 kq), Minayə Ələkbərova (29 kq) və Diana Hacıəliyeva (41 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Nicat Musayev (57 kq) gümüş medalla kifayətlənib. Millimizin digər üzvlərindən Bəhruz Quluzadə (33 kq), Nəsən Həsənov (45 kq), Aslan Qasımov (53 kq), Kənan Məmmədli (57 kq), İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq), Aliyə Zeynalova (33 kq), Nərgiz Mehdiyeva (37 kq) və Şəms Əliyeva (51 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, 13 medalla 4-cü pillədə qərarlaşan komandamız vətənə bu gün dönəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR