Azərbaycandan Türkiyəyə turist kimi səfər edənlərin sayında azlama müşahidə olunur.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.
Onun sözlərinə görə, ötən illə müayisədə bu il Türkiyənin müxtəlif şəhərlərinə səfər edənlərin sayı 20 faiz azalıb.
Nazirlik rəsmisi azalmanı Türkiyədə yenidən başlayan terror hadisələrinin artması ilə əlaqələndirib: "Azərbaycandan hər yay mövsümü xeyli insan turist kimi Türkiyənin müxtəlif kurort zonalarında dincəlməyə gedir. Amma bu il turizm şirkətlərindən bizə daxil olan məlumata əsasən, Türkiyədə baş verən terror aktları səbəbindən əksər insanlar orda istirahət etməkdən imtina edirlər. Təbii ki, insanları başa düşmək olar. Heç kəs həyatı üçün təhlükə yaradan bir ölkədə istirahət etmək istəməz. Güman edirəm ki, Türkiyədə vəziyyət stabilləşəndən sonra insanlarımiz əvvəlki kimi istirahət üçün bu ölkəyə səfərlər edəcəklər”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL