Bakıda 3 gündən sonra başlayacaq I Avropa Oyunları dünya mediasının diqqət mərkəzindədir.
“The New York Times” qəzeti Avropa Olimpiya Komitəsinin baş katibi, Avropa Oyunlarının keçirilməsi ideyasının müəllifi olan və neçə ildir bu ideyasını həyata keçirməyə çalışan Patrik Hikkidən müsahibə alıb.
Qəzet yazır ki, Avropa oyunları bir çox illər ərzində Patrik Hikkinin sevimli layihəsi olub. 69 yaşlı irlandiyalı bu oyunların təşkili zərurətini əsaslandıraraq deyib ki, 2008-ci il Pekində keçirilən Yay Oimpiya Oyunlarına qədər Avropa idmançıları medalların 68 faizə yaxınını qazanırdı. Lakin Pekin olimpiadasından sonra avropalı idmançıların qazandıqları medallar 50 faizdən də aşağı düşdü.
“Biz səbəbləri araşdırdıq. İlk səbəb əlbəttə ki, əla idi - digər kontinentlərin komandanları getdikcə güclənirdi və bu, olimpiya hərəkatı, idman üçün böyük iş idi. Lakin digər səbəb o idi ki, Avropanın Panamerika oyunları, yaxud Asiya oyunları kimi qitə yarışları yoxdur. Biz qərara aldıq ki, medal disbalansını aradan qaldırmaq üçün bu oyunları təşkil etmək lazımdır”- deyə Hikki bildirib.
Jurnalist Bakıdakı Avropa Oyunları ərəfəsində “Human Rights Watch” və digər beynəlxalq təşkilatların Azərbaycan hökumətinin ünvanına tənqidlərinin artdığını xatırladıb, Patrik Hikkinin buna reaksiyasını soruşub.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL