Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar

Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar
Azərbaycanda yeni vəziyyət: uşaqpulu bu formada verilə bilər – Detallar


Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, bir sıra inkişaf etmiş, hətta doğum səviyyəsi normal olan ölkələrdə uşaqpulu verilir:

"Cəmiyyətin uşaqpulu tələb etməsi uşaqla bağlı maliyyə yükünün azaldılması ilə bağlıdır. Bunun həm iqtisadi əsasları var, həm iqtisadi təsirdən yaranan psixoloji əsasları. Əvvəlki illərdə bu qədər şəhərləşmə, fərqli uşaq geyimləri, uşaq əyləncə mərkəzləri, restoranlarda uşaq menyusu yox idi .Yəni uşağın böyüdülməsinə çəkilən xərclər bu qədər çox deyildi. İndi isə artmayan gəlir qarşısındə qeyd olunanlar maliyə yükünü artırır. Həmçinin sosial şəbəkələrin geniş yayılması, istifadəçi kütləsinin günü-gündən artması, az qala hər uşağın əlində bir telefon planlanmayan gəlirləri artırır”.

İqtisadçı bildirib ki, xarici ticari tərəfdaşların, valyuta rezervlərinin artması fonunda uşaqpuluna ayrılacaq məbləğin dövlət büdcəsinə yük olacağını düşünmür:

"Hətta təklif edərdim ki, uşaqpulu verilərsə, onların fərdi bank hesabında toplansın, 18 yaşına çatdıqda şəxs istəyinə uyğun olaraq xərcləyə bilsin”.

Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda doğuş sayının azalması təkcə iqtisadi səbəblər və ya uşaqpulu ilə bağlı deyil:

"Düşünmürəm ki, ölkədə doğum nisbəti uşaqpulunun verilməsi ilə düzələcək. Məsələn, 6 uşaq və üzəri ailələr var ki, onlar sosial yardım alırlar. O zaman hərkəs 6 və daha çox uşaq dünyaya gətirsin ki, bir uşaq üçün 140 manat sosial yardım alacaq”.

G.Hüseynova deputat Günay Ağamalının "uşaqpulu verilərsə, cəmiyyətdə tənbəlləşmə yaranacaq” fikri ilə razı olmadığını bildirib:

"Uşaqpulu verilsə də, ehtiyac meyarının aşağı həddində, simvolik bir rəqəm olacaq. Ölkədə müəyyən qədər işsizlik problemi var, əksər ailələrdə sadəcə ailə başçısı – ata işləyir. Ən azından işini müvəqqəti itirdikdə bilər ki, uşaqpulu ilə qısa müddətdə vəziyyətdən çıxsın. Yəni həmin o cüzi məbləğlə iş tapıb işləyənə qədər uşaqları ac qalmasın. Məsələnin digər tərəfi isə odur ki, veriləcək uşaqpulu onsuzda uşağın xərci üçündür. Ya ərzaq, ya geyim, ya da onun əyləncəsinə xərclənəcək. Bu xərclərin bir miqdarı da dövlət büdcəsinə vergi olaraq qayıdacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az