Azərbaycan xarici işlər nazirinin müavini “Şərq Tərəfdaşlığı” ölkələri ticarət nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib
Mayın 7-də Brüssel şəhərində Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Şərq Tərəfdaşlığı” ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. M.Məmmədquliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyən nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.
Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M. Məmmədquliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR