"Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda həyata keçirə biləcəyi istənilən fəaliyyətin məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür"
“Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu və qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyü və suverenliyi uğrunda həyata keçirməyə vadar ola biləcəyi istənilən fəaliyyətin məsuliyyəti tamamilə Ermənistan Respublikasının üzərinə düşür”.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı yaydığı mətbuat açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, işğaldan 23 il keçməsinə baxmayaraq, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi tələbinin əks olunduğu qətnamələri yerinə yetirilməyib: “Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik və stabillik üçün Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı başa çatdırılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları ilə bağlı müstəsna hüquları tanınmalı və təmin edilməlidir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR