Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçirilmiş qondarma "bələdiyyə seçkiləri” ilə bağlı etiraz bəyanatı yayıb.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir: "Bəhreyn Krallığı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir”.
Bəhreyn Xarici İşlər Nazirliyi hesab edir ki, işğal olunmuş Azərbaycan ərazilərində heç bir qeyri-qanuni tədbir keçirilməməlidir. Bəyanatda münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına nail olmağın zəruriliyi vurğulanır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL