Sentyabrın 15-də İstanbulda TÜRKSOY XVIII Opera Günləri başlayacaq. Doqquz gün davam edəcək konsertlər Türkiyə və Şimali Kiprdə keçiriləcək. Azərbaycanı bu konsertlərdə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcəklər.
TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, təşkilata üzv ölkələrin opera və balet ustaları sentyabrın 15-də İstanbulda, 17-18-də Şimali Kiprdə, nəhayət, sentyabrın 23-24-də Antalyada konsert verəcəklər. Opera günlərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan muxtar qurumlarından, Çin və Şimali Kiprdən ümumilikdə 24 sənətçi iştirak edəcək. TÜRKSOY Opera Günlərinin iştirakçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 5-dən 24-dək qədər Antalyada keçirəcəyi XXII Beynəlxalq Aspendos Opera və Balet Festivalına da qatılacaqlar.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL