Rusiyanın "şimal paytaxtı” Sankt-Peterburqda azərbaycanlı biznesmenin iştirakı ilə silahlı insident yaşanıb.
Şəhərin mərkəzində yerləşən mehmanxanalardan birinin barında biznesmenlər Stanislav Yakovlev, Pavel Tatarinov, Azər Ağaxanov və Yevdokimovla 4 polis əməkdaşı mübahisə ediblər.
Biznesmenlərin say çoxluğunu nəzərə alan polislər barı tərk ediblər və qısa müddətdə əraziyə əlavə qüvvələrlə gəliblər. Dava zamanı tərəflər odlu silaha əl atıblar.
Beysbol ağacları, rezin dəyənəklər və digər əşyalardan istifadə olunmaqla davam edən insident zamanı biznesmen Pavel Tatarinov odlu silahdan atəş açaraq polis əməkdaşını yaralayıb.
Qüvvələr nisbətinin polislərin xeyrinə dəyişdiyini anlayan biznesmenlər ağ "Mercedes” maşınında ərazini tərk etməyə çalışsalar da qısa müddətdə saxlanılıblar.
Məlumata görə, hadisə günü polislər cinayət-axtarış şöbəsi gününü qeyd ediblər. Lakin insidentin başvermə səbəbləri hələlik məlum deyil.
Digər məlumata görə, dava zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Başından güllə yarası alan polis əməkdaşının isə komada olduğu bildirilir.
Sankt-Peterburq sakinləri kütləvi davada 40-dan artıq insanın iştirak etdyini bildirib.
Rusiya İstinatq Komitəsi faktla bağlı geniş araşdrıma aparır. İnsidentlə bağlı bir neçə nəfər, o cümlədən azərbaycanlı Anar Ağaxanov da saxlanıb (modern.az).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL