Məşhur musiqiçi Kris Braun Azərbaycandan olan dizaynerin işləyib hazırladığı ekzotik rodsterin ilk alıcısı olub.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı xarici KİV-lərinə istinadən xəbər verir ki, kuzovu karbondan ibarət olan və həddən artıq yüngül avtomobil sayılan "Rezvani Beast” ("Vəhşi”) avtomobili məşhur "Ariel Atom 3” üzərində qurulub. Rodsterin maksimal sürət həddi saatda 265 km olaraq müəyyənləşdirilib.
K.Braun bu avtomobili almaqla əslən İrandan olan və hazırda Kaliforniya ştatında yaşayan azərbaycanlı dizayner Ferri Rizvaninin şirkətini dəstəkləmiş olub. "Beast” uğurlu dizayna görə bu sportkarın cizgilərini hələ 2013-cü ildə çəkmiş Samir Sadıqova minnətdar olmalıdır.
"Rezvani Beast”ın satışı bu ilin yayından başlayıb. Start qiyməti 165 min dollardır. Lakin K.Braun maşını daha tez hazırlamaq və 1 nömrəli müştəri olmaq üçün dizaynerə 35 min dollar da əlavə pul ödəyib. Digər müştərilər isə sifariş etdikləri avtomobilə qovuşmaq üçün 12-14 həftə gözləməlidir.





Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”