Azərbaycanlı müəllim Türkiyədə yol qəzasında həlak olub
Türkiyənin Muş vilayətində azərbaycanlı müəllimin idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə aşıb, sürücü ölüb.
49
MA 001 nömrə-nişanlı avtomobili idarə edən Muş Alparslan
Universitetinin dosenti Fariz Fərzəli aldığı xəsarətdən hadisə yerində
ölüb, avtomobildəki sərnişin, universitetin daha bir müəllimi Musa Gümüş
isə ağır xəsarət alıb.
Fariz Fərzəlinin
qohumlarının APA-ya verdiyi məlumata görə, Anadolu Universitetində ali
təhsil alan Fariz Fərzəli məzun olduqdan sonra Türkiyədə qalıb. 40 yaşlı
dosent Muş Alparslan Universitetinin ədəbiyyat fakültəsində tarix
müəllimi olub. Onun 3 övladı var.