"Passport Index” araşdırma portalı sahiblərinin viza olmadan neçə ölkəyə ziyarət edə biləcəkləri əsasında pasport reytinqini dərc edib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan pasportu 2018-ci ilin noyabr ayı üçün olan reytinqdə 61-ci yeri tutub (71 ölkə).
Pasportun nüfuzu sahibinin vizasız səfər edə biləcəyi (və ya sərhəddə viza ala biləcəyi) ölkələrin sayı ilə qiymətləndirilir.
Belə ki, reytinqə əsasən, Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız gedə bilərlər. Daha 37 ölkədə isə Azərbaycan vətəndaşlarına viza sərhəddə verilir. 127 ölkəyə səyahət zamanı isə azərbaycanlılar viza almalıdırlar.
Reytinqə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. BƏƏ vətəndaşları 167 ölkəyə vizasız səyahət edə bilərlər. İkinci və üçüncü yeri Sinqapur və Almaniya bölüşdürüblər (166 ölkə).
Qonşu ölkələrdən Ermənistan 64-cü, Gürcüstan və Türkiyə 40-cı, Rusiya 39-cu, İran isə 88-ci olub.
Reytinqin sonuncu pillələrində Əfqanıstan (29), İraq (32) və Pakistan (35) qərarlaşıb.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb