Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi Jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb.
Oktyabrın 7-də keçirilən mətbuatkonfransına Azercell şirkətinin prezidenti Vahid
Mürsəliyev də qatılaraq bu layihənin KİV nümayəndələrinin ingilis dili
biliklərinin inkişafına kömək etdiyini və beynəlxalq əlaqələrinin qurulmasına
dəstək olduğunu vurğuladı və növbəti illərdə də ingilis dili kurslarının davam
edəcəyinə ümid etdiyini söylədi.
Sonra bu il ingilis dili kursunu
uğurlu başa vuran 73 jurnalistə sertifikatlar təqdim olundu. Eyni zamanda, imtahanlarda yüksək nəticələr
göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis
dilininin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verildi. Bu il
Londona səfər edəcək qalib jurnalistlər ATV telekanalının əməkdaşı Səma
Əhmədova və "Palitra” qəzetinin müxbiri İlkin Ağayev oldu.
Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat
nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris
keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı
bacarıqlarına yiyələniblər.Kursların
məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların
ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.
Azercell şirkətinin dəstəyilə
İngilisdilikurslarına növbətiqeydiyyatisəoktyabrın
8-dən başlayır. Qeydiyyatüçün media nümayəndəsindən vəsiqəsinin surəti,
iş yerindən arayış və dərc olunmuş son üç məqaləsini KaspiTəhsil
Şirkətinə təqdim etməsi tələb olunur. Son qeydiyyattarixi21
oktyabrdır.
Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.