Bakı Gənclər Klubu ictimai birliyi “Eurovizion-2012” yarışması üçün “Gidlərin hazırlanması və yaranmış imkandan turizmin inkişafına dəstək kimi istifadə edilməsi”adlı layihənin icrasına başlayıb. Bu barədə “Vətəninfo.az”a açıqlama verən layihənin rəhbəri, Bakı Gənclər Klubu ictimai birliyinin sədri Azər Cavadov vurğulayıb ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir: “2012-ci ildə “Eurovision” yarışmasının finalı Bakıda keçiriləcək. Buna görə də bu sahəyə diqqətin artırılmasının vacibliyi xüsusi ilə nəzərə alınmalıdır. Çünki bu yarışma ilə yanaşı biz Azərbaycanı gələn xarici qonaqlara turizm ölkəsi kimi də tanıtmalıyıq. Bu imkanlar Azərbaycanda çox yüksəkdir. Biz xarici dilləri yüksək səviyyədə bilən gənclərimizdən ibarət 20 nəfərlik qrup təşkil edəcəyik və mütəxəsislər tərəfindən bu gənclər gid kimi hazırlanacaq. Burada gənclər gid qaydaları ilə yanaşı, tariximiz, mədəniyyətimiz, kulinariyamız, abidələrimiz və s. haqqında məlumatlandırılacaqlar. Bakı şəhərlərində turist marşurutları seçiləcək. Bu marşurutlar üzərində gəzinti olacaq hər bir obyekt haqqında bilgilər veriləcək və öyrədiləcək. Çalışıcağıq ki, hazırlanmış gidlər yarışma zamanı Bakımıza gələn qonaqlara Azərbaycanın həm də turizm diyarı kimi də əlverişli və rəngarəng olduğunu göstərsinlər.
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR