Bakıda silahlı insident baş verib.
Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.
Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəyə qan düşmənçiliyi səbəb olub. Belə ki, iki ay əvvəl hadisəni törədən Hicran Səfərovun oğlu insident zamanı yaralanan Ayxan Savalanlı tərəfindən bıçaqlanıb. A. Savalanlı azyaşlı olduğu üçün o həbs edilməyib. H. Səfərov isə oğlunun intiqamını almaq məqsədi ilə qanuni ov tüfəngi alıb və qisas məqsədi ilə Rövşən Əliyevi və onun oğlu A. Savalanlını güllələyib. Hadisəni törədən H. Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR