Vətəninfo.az xəbər verir ki, Sabunçu rayonu Zabrat-Maştağa yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza zamanı üzü Koroğlu metrosu istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomaşınla yolun əks istiqaməti ilə hərəkət edən Hafiz Qulievin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü və maşında olan 5 nəfər elə hadisə yerində dünyasını dəyişib. Meyitlər maşından hadisə şahidləri tərəfindən çıxarılıb. Maşından çıxarılan biri azyaşlı olmaqla 6 gəncin meyiti polislərin müşayəti ilə morqa göndərilib. Digər maşının sürücüsü Hafiz Quliyev və onun sərnişin Nizami Gülməmmədov isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onların da həyatları üçün təhlükə qalmaqdadır.
Hadisədən sonra qəza yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olnub. Hadisəni araşdıran müstəntiq Eynur Abdullayevin verdiyi məlumata görə, hələlik hadisə nəticəsinə dünyalarını dəyişənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qəzanın səbəblərini və ölənlərin adlarını dəqiqləşdirmək istiqamətində başlanan araşdırmalar davam etdirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR