Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki palçıq vulkanın püskürməsinin səbəbi açıqlanıb.
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında deyib ki, həmin ərazidə vulkanın püskürməsi enerjinin toplanması nəticəsində baş verib.
Onun sözlərinə görə, Keyrəki vulkanındakı püskürməni son dövrlərdə zəlzələlərin artması ilə əlaqələndirmək düzgün deyil. A. Əliyev qeyd edib ki, vulkanlar enerji toplayandan sonra vaxtaşırı püskürür: “Bu vulkan sonuncu dəfə 2002-ci ildə püskürüb. Artıq 12 il keçib. Bu müddət ərzində enerji toplanıb və onun yer səthinə çıxması nəticəsində vulkan püskürüb. Bu təbii hadisədir və normal hesab olunur”.
Ötən gün ərazidə olduğunu deyən A. Əliyev bildirib ki, püskürmə güclü olmayıb: “Ətrafda yaşayış binaları var. Heç kim xəsarət almayıb, vəziyyət normaldır. Bu gün işçilər əraziyə göndərilib və orada planlama işləri aparıb, nümunə, ölçülər götürüləcək”.
Digər vulkan ərazilərində aktivləşmə və ya enerjinin toplanmasına gəlincə, şöbə müdiri qeyd edib ki, bununla bağlı müvafiq araşdırma aparılmalıdır: “Müəyyən fikirlər var, amma qabaqcadan nəsə demək mümkün deyil”.
Qeyd edək ki, Keyrəki palçıq vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR