Türkiyənin baş naziri Əhməd Davudoğlunun səsi batıb. Vətəninfo.az ANS PRESS-ə istinadən məlumat verir ki, bir-birinin ardınca mitinqlərə qatılan baş nazirin səs tellərində problem yaranıb.
Nazirin səsi gündə 22 saatlıq ağır iş qrafikinə davam gətirə bilməyib.
Ötən həftə onun çıxışlarını daha alçaq səslə etdiyi diqqətdən qaçmayıb. Bu həftə nisbətən düzəliş olsa da səsi tam açılmayıb.
Düzəlmədə isə Davudoğlunun tez-tez içdiyi ballı çökə çayı qarışımı ilə yanaşı həyat yoldaşının məsləhətlərinin də təsiri olub. Həkim olan həyat yoldaşı Sara Davudoğlu mitinq səfərlərində söhbətlərə qatılmamağı, səs tellərini istirahət etdirməyi məsləhət görüb.
O, səfər zamanı yolüstü söhbətləri də həyat yoldaşına qadağan edib.
Qeyd edək ki, hazırda prezident olan Rəcəb Tayyib Ərdoğan da baş nazir olduğu dövrdə, seçkiqabağı təbliğat kampaniyası zamanı mitinqlərdə gur səslə danışdığı üçün səs problemi ilə qarşılaşmışdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR