Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA

Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA

Moskva Rusiya və ABŞ prezidentlərinin görüşü ideyasına müsbət yanaşır. 

Miq.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib. 

"ABŞ Prezidenti Co Baydenin Prezident Putinlə danışığı zamanı Rusiya-ABŞ sammitinin keçirilməsi perspektivinə dair suala gəldikdə, deyə bilərəm ki, biz buna müsbət yanaşırıq”. 

Bundan əvvəl Co Bayden Vladimir Putinə ikitərəfli münasibətləri müzakirə etmək üçün Avropa ölkələrinin birində görüş keçirməyi təklif etmişdi. Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tuta biləcəyini qeyd edib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az